​Azərbaycan gömrük orqanlarının sərhəddə aşkarladığı narkotiklərin miqdarı artıb

​Azərbaycan gömrük orqanlarının sərhəddə aşkarladığı narkotiklərin miqdarı artıb Bu il qeydə alınmış qaçaqmalçılıq faktları da artıb
Biznes
28 May , 2015 10:42
​Azərbaycan gömrük orqanlarının sərhəddə aşkarladığı narkotiklərin miqdarı artıb

Bakı.28 may. REPORT.AZ/ Cari ilin yanvar-aprel ayları ərzində gömrük orqanları tərəfindən 68 012,45 qram narkotik vasitə tutulub.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40,6% çoxdur. Bu müddətdə aşkarlanaraq sərhəddən keçirilməsinin qarşısı alınmış psixotrop maddələrin miqadarında da təxminən eyni səviyyədə artım qeydə alınıb. Bu göstərici illik müqayisədə 42,5% artaraq cari ilin ilk 4 ayı üzrə 82,25 qram təşkil edib.

Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 74 fakt qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövründən 39,6% çoxdur. Bildirək ki, bu müddətdə qaçaqmalçılıq faktları da 30,3% artaraq cari ilin yanvar-aprel ayları üzrə 99-a yüksəlib.

Son xəbərlər

Orphus sistemi