Muxtar Babayev: "Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır"

Muxtar Babayev: "Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır" Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır.
Biznes
22 Aprel , 2019 11:29
Muxtar Babayev: Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Azərbaycan üzərindən Avropaya daşınır
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev / Report/ Firi Salim

"Azərbaycan ərazisindən yük daşımalarının həcmi artır". 

“Report”un məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən SOCAR-ın IV Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft, Kimya” Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ərazisindən nəinki qonşu ölkələr, həmçinin Çin və Yaponiya kimi böyük istehsalçıların məhsulları və yükləri Avropaya daşınır.

O bildirib ki, bu anlamda Xəzər bölgəsinin önəmi əvəzsizdir: “Ancaq bütün bunlara baxmayaraq, ətraf mühitə təsirlər minimuma endirilməlidir. Elə sistem qurulmalıdır ki, Xəzərin təbiətinə vurulan təsirlər minimuma endirilsin”.

Nazir qeyd edib ki, Azərbaycan təkcə karbohidrogenlərlə zəngin deyil: “Azərbaycanda həmçinin zəngin filiz ehtiyatları da var. Biz bu ehtiyatları da nəzərə almalıyıq”.

Son xəbərlər

Orphus sistemi