​Azərbaycan elektron ticarətdə mobil telefonların idxalı ilə bağlı xüsusi vergi rejimi tətbiq edə bilər

​Azərbaycan elektron ticarətdə mobil telefonların idxalı ilə bağlı xüsusi vergi rejimi tətbiq edə bilər Nazir Əli Abbasov: "Elektron pərakəndə ticarətdə qaçaqmalçılığa yol verilirdi"
Biznes
18 Fevral , 2015 12:31
​Azərbaycan elektron ticarətdə mobil telefonların idxalı ilə bağlı xüsusi vergi rejimi tətbiq edə bilər

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanda elektron pərakəndə ticarət sahəsində mobil telefonların idxalı ilə bağlı xüsusi vergi rejimi tətbiq oluna bilər. "Report"un məlumatına görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

"Elektron pərakəndə ticarətdə qaçaqmalçılığa yol verilirdi. Biz də müvafiq təşkilatlarla birlikdə tədbirlər hazırlamışıq. Bu, əsasən mobil telefonlarla əlaqədardır. Ola bilər ki, elektron ticarətdə mobil telefonlara xüsusi rejim tətbiq olunsun. Digər ticarət olunan əmtəə məhsulları üçün heç bir problem olmayacaq", - deyə nazir qeyd edib.

Ə.Abbasov əlavə edib ki, pərakəndə elektron ticarət bazarının həcmi 2013-cü ildə 1,7 mln. manat, 2014-cü ildə 20 mln. manat təşkil edib: "Bundan da əsasən kütləvi əhali istifadə edir".

Son xəbərlər

Orphus sistemi