Yuxarı

Azərbaycan Əfqanıstandakı infrastruktur layihələrində iştirak etmək niyyətindədir

İkitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə xüsusi işçi qrupunun yaradılması təlkif olunur

Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıya səfəri çəçivəsində Əfqanıstanın mədən və neft naziri Daud Sabanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, görüşdə Ş.Mustafayev Azərbaycan-Əfqanıstan əlaqələrinin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Əfqanıstan nümayəndə heyətinin ölkəmizə səfəri, keçiriləcək görüşlər də ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək. Qeyd edilib ki, hazırda Azərbaycan və Əfqanıstan arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Ticarət, enerji, nəqliyyat, tikinti materiallarının istehsalı, təhsil kimi sahələrdə əməkdaşlıq üçün potensial mövcuddur. Nazir Ş.Mustafayev iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından hüquqi bazanın genişləndirilməsinin vacib olduğunu və bu sahədə işlərin sürətləndirilməsinin əhəmiyyətini qeyd edib, bunun üçün işçi qrupunun yaradılmasının əhəmiyyətini vurğulayıb. Azərbaycan şirkətləri Əfqanıstanda həyata keçirilən infrastruktur layihələrinin icrasında maraqlıdır. Bu baxımdan, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat. tədbirlər təşkil edilə bilər.

D.Saba Azərbaycan nümayəndə heyətinin bu yaxınlarda Əfqanıstana səfərini xatırladaraq, səfərin və keçirilən görüşlərin ölkələr arasında əlaqələrin genişləndirilməsi baxımdan əhəmiyyətini vurğulayıb. Qonaq ölkəsinin iqtisadiyyatına və investisiya mühitinə dair məlumat verib, müxtəlif sahələrdə əməkdaşlığın inkişafı perspektivlərinə dair fikirlərini bildirib.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı, qanunvericilik bazasının genişləndirilməsi, enerji, infrastruktur, tikinti materiallarının istehsalı və digər məsələlər barədə müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi