Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində ikinci olub

Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində ikinci olub İnkişaf etməkdə olan ölkələr siyahısında Azərbaycan da daxil olmaqla 79 dövlət qeyd edilib
Biznes
1 Fevral , 2017 11:17
Azərbaycan Dünya İqtisadi Forumunun reytinqində ikinci olub

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan İnklüziv İnkişaf İndeksi (IDI) üzrə inkişaf etməkdə olan ölkələr üzrə hazırlanan reytinq siyahısında ikinci yerdə qərarlaşıb. “Report” xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun açıqladığı “İnklüziv Böyümə və İnkişaf - 2017 Hesabatı”nda (The Inclusive Growth and Development Report 2017) qeyd edilib.

İnkişaf etməkdə olan ölkələr siyahısında Azərbaycan da daxil olmaqla 79 ölkənin adı qeyd edilib ki, birinci yerdə Litva qərarlaşıb. Azərbaycan və Litvanın IDI üzrə əldə etdiyi ümumi xal eyni, yəni 4,73-ə bərabərdir. Lakin son 5 il üzrə IDI-nin faizlə göstəricisinə görə, Litvada 2,01% irəliləmə olduğu halda Azərbaycanda -0,46% geriləmə qeydə alınıb. 

Hesabatda IDI-yə görə ölkələr əsas 5 kateqoriyaya ayrılıb ki, Azərbaycan stabil ölkələr siyahısında qeyd edilib.

Son xəbərlər

Orphus sistemi