Azərbaycan ​Dövlət Gömrük Komitəsinin sədri İran nümayəndə heyətini qəbul edib

Azərbaycan ​Dövlət Gömrük Komitəsinin sədri İran nümayəndə heyətini qəbul edib Görüşdə Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub
Biznes
23 Fevral , 2015 16:30
Azərbaycan ​Dövlət Gömrük Komitəsinin sədri İran nümayəndə heyətini qəbul edib

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda səfərdə olan İranın Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatı İdarə Heyətinin sədri, icraçı direktor Rza Məsrurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Report” DGK-nın mətbuat xidmətinə istinadən məlumat verir ki, iki ölkə arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini söyləyən A.Əliyev bir neçə ay bundan öncə İranın iqtisadiyyat və maliyyə işləri nazirinin müavini, Gömrük İdarəsinin başçısı Məsud Kərbasianın Azərbaycana səfərini xatırladıb. İstər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan bu kimi görüşlərin iki ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına təsirindən danışan A.Əliyev qarşılıqlı birgə fəaliyyətin bundan sonra da intensivləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qəbula görə təşəkkür edən R.Məsrur İran hökumətinin Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduğunu bildirib, bütün sahələrdə, o cümlədən, gömrük xidməti sahəsində qarşılıqlı əməkdaşlıqdan razılığını ifadə edib, eləcə də Ənzəli Azad Ticarət Zonasında artıq bir neçə Azərbaycan şirkətinin səmərəli fəaliyyət göstərdiyini məmnunluqla diqqətə çatdırıb, bu şirkətlərin gələcəkdə sayının daha da artacağına ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, mövcud imkanlar və perspektivləri barəsində fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi