Yuxarı

​Azərbaycan dərman ixracının təşkili ilə bağlı xarici şirkətlərlə danışıqlara başlayıb

Nazir müavini: Hazırda İran, Türkiyə, Yaponiya və Rusiya ilə bu sahədə danışıqlar aparılır

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycanda yerli dərman istehsalı sahəsinin inkişaf  edilməsi və ixracın təşkili ilə bağlı bir sıra xarici ölkələrin şirkətləri ilə danışıqlara başlanılıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov qeyd edib ki, danışıqlar aparılan şirkətlər arasında İran və Türkiyənin aparıcı dərman ictehsalçıları da var: "Hazırda İran, Türkiyə, Yaponiya və Rusiya ilə bu sahədə danışıqlar aparılır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi