Azərbaycan dərman bazarında yeni nəzarət sistemi tətbiq olunacaq

Azərbaycan dərman bazarında yeni nəzarət sistemi tətbiq olunacaq Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi və Səhiyyə Nazirliyi müqavilə imzalayıblar
Biznes
21 Avqust , 2015 13:44
Azərbaycan dərman bazarında yeni nəzarət sistemi tətbiq olunacaq

Bakı. 21 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi arasında razılaşma imzalanıb. Nazirlikdən "Report"a daxil olan xəbərə görə, sənəd Prezident İlham Əliyevin dərman vasitələri bazarına nəzarətin gücləndirilməsi barədə verdiyi tapşırıqların icrası ilə bağlı görülən işlərin davamı olaraq rəsmiləşdirilib.  

Sənədə əsasən, dərman vasitələri apteklərə daxil olmazdan əvvəl qiymətlərin müəyyən olunmuş qaydada qablaşdırmanın üzərində göstərilməsinə və bu qiymətlərin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərə uyğunluğuna birgə nəzarət təşkil olunacaq.

"Yeni nəzarət sisteminin təşkili dərman vasitələri bazarında istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsinə, onların qiymətdə aldadılmasının qarşısının alınmasına, baş verə biləcək neqativ hallara qarşı birgə operativ tədbirlər görülməsinə imkan yaradacaq", - məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi