Azərbaycan coğrafi göstəricilər üzrə Fransa təcrübəsini öyrənir

Azərbaycan coğrafi göstəricilər üzrə Fransa təcrübəsini öyrənir Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzini, Fransa Keyfiyyət və Mənşə Milli İnnstitutu (İNAO) və Fransanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Biznes
6 Dekabr , 2017 13:23
Azərbaycan coğrafi göstəricilər üzrə Fransa təcrübəsini öyrənir
Report/ Elshan Baba

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK), Patent və Əmtəə Nişanları Mərkəzini, Fransa Keyfiyyət və Mənşə Milli İnnstitutu (İNAO) və Fransanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Coğrafi göstəricilər üzrə fransız təcrübəsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

“Report”un verdiyi xəbərə görə, konfransın məqsədi coğrafi göstəricilərin əqli mülkiyyət obyekti olaraq qorunması, Fransanın çoxillik təcrübəsinin öyrənilməsi və bu sahədə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafına nail olmaqdır.

SMPDK-nin sədri Ramiz Həsənov bildirib ki, iqtisadiyyatın əsas istiqamətləri üzrə starateji yol xəritələrində iqtisadiyyatın inkişaf etdirilməsi üçün sənaye və xidmət sahələrinin ixrac və rəqabətqabiliyyətli xüsusiyyətləri ön plana çəkilib: "Bu istiqamətdə uğurla reallaşana islahatlardan biri də ixracının genişləndirilməsi, “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsulllarının istehsalının və xarici ölkələrə satılmasının təşviqidir. Rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan”brendi altında təşviqi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbilər görülür".

Komitə sədri Azərbaycanda bitkiçilik, heyvandarlıq, şərabçılıq məhsullarının, içməli su və müalicə əhəmiyyətli təbii şəraitin mənşə yerləri ilə əlaqədar təkrarolunmaz xüsusiyyətlərə malik olduğunu diqqətə çatdırıb. O, bununla yanaşı, müxtəlif bölgələrdə yaşayan icmaların ənənəvi biliklərə uyğun hazırladıqları məhsullların xarici bazarlara ixracının perpektivlərini yüksək qiymətləndirib.

R.Həsənov bildirib ki, üzərində coğrafi göstərici daşıyan və ölkənin müxtəlif regionlarında ənənəvi istehsal və fəaliyyət sahələrinə aid olan məhsullların xarici bazarlarda tanınması nəticə etibarilə “Made in Azerbaijan” brendinin təşviqinə xidmət edir. Bu məqsədlə coğrafi göstəricilərin əqli mülkiyyət obyektləri sırasında vacib rolu nəzərə alınaraq, bu sahənin daha geniş öyrənilməsi, təhlili və coğrafi göstəricilərin hüquqi mühafizəsinin sürətləndirilməsi üçün aidiyyəti qurumları və özəl sektorun nümayəndələrindən ibarət işçi qrupu təşkil olunub.

Paten və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva isə bildirib ki, bu il mərkəzə coğrafi göstəricinin qeydiyyatı ilə bağlı 20 ərizə daxil olub. Onun sözlərinə görə, hazırda ölkədə 12 coğrafi göstərici qeydiyyata alınıb. 

Son xəbərlər

Orphus sistemi