Azərbaycan Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir

Azərbaycan Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 43% artıb
Biznes
13 Fevral , 2018 15:27
Azərbaycan Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək niyyətindədir
İqtisadiyyat naziri Şahin Mustafayev / Report/ Firi Salim

Bakı. 13 fevral. REPORT.AZ/ "Çin Xalq Respublikasına səfərimizin 4 əsas məqsədi var idi. Bunlar Trans-Xəzər ticarət dəhlizi, Azərbaycanın turizm və ixrac potensialının artırılması, Çinlə əməkdaşlığın gücləndirilməsidir".

"Report" xəbər verir ki, bunu Çinə səfərinin yekunlarına həsr edilmiş bügünkü mətbuat konfransında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Ş.Mustafayevin sözlərinə görə, Trans-Xəzər ticarət dəhlizinin genişləndirilməsi üçün potensial mövcuddur: "Ötən il Azərbaycan vasitəsilə 10,4 mln. ton yük daşınıb ki, bu da 2016-cı illə müqayisədə 16% çoxdur. Ağır yük avtomobilləri ilə yük daşımaları isə 14% artıb. Trans-Xəzər layihəsi Çinin reallaşdırmaq istədiyi "Bir kəmər, bir yol" layihəsinə tam uyğundur. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 43% artaraq 1,2 mlrd. dollara çatıb".

Son xəbərlər

Orphus sistemi