​Azərbaycan Çexiyadan 1000 baş inək alıb

​Azərbaycan Çexiyadan 1000 baş inək alıb Bu il satış və qiymətlərin artacağı gözlənilir
Biznes
18 Fevral , 2016 08:17
​Azərbaycan Çexiyadan 1000 baş inək alıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan bu yaxınlarda Çexiyadan min baş inək alıb.

"Report" "ihned.cz" nəşrinə istinadən xəbər verir ki, bu barədə Çexiya Heyvandarlar İttifaqının sədri Miroslav Vrablik məlumat verib.

O, bu il satış və qiymətlərin artacağını bildirib.

"Əcnəbi alıcılar Çexiyadan təkcə ət deyil, həm də sonradan yetişdirmək üçün diri mal-qara da alırlar. Heyvanları adətən Balkan ölkələrinə aparırdılar, lakin bu yaxınlarda min baş inəyi Azərbaycan alıb", - deyə Miroslav Vrablik qeyd edib.

Son xəbərlər

Orphus sistemi