Azərbaycan bu ilin I rübündə Gürcüstana 51 mln. dollar investisiya qoyub

Azərbaycan bu ilin I rübündə Gürcüstana 51 mln. dollar investisiya qoyub Ölkə bu baxımdan Birləşmiş Ərəb Əmirliklərindən sonra 2-ci olub
Biznes
11 İyun , 2018 14:45
Azərbaycan bu ilin I rübündə Gürcüstana 51 mln. dollar investisiya qoyub
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstana qoyulan investisiyaların məbləğinə görə, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) sonra 2-ci olub. 

"Report" "Business Georgia" saytına istinadən xəbər verir ki, rüb ərzində qonşu ölkəyə yatırımlar 51 mln. ABŞ dolları təşkil edib. 

BƏƏ üzrə bu göstərici isə 82 mln. dollar olub. 

İnvestisiyaların məbləğinə görə, 3-cü yerdə Çin (41 mln. dollar), 4-cü yerdə Niderland (32 mln. dollar), 5-ci yerdə isə ABŞ (23 mln. dollar) qərarlaşıb. Ümumilikdə isə 3 ay ərzində Gürcüstana 279,3 mln. dollar pul qoyulub ki, bu da illik müqayisədə 33% azdır. 

Son xəbərlər

Orphus sistemi