Yuxarı

​Azərbaycan bu ilin 8 ayı ərzində Qazaxıstandan 30,6 min ton buğda idxal edib

Qazaxıstan göstərilən dövr ərzində 1784,1 min ton buğda və buğda qatışığı, həmçinin çovdar ixrac edib

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan 2015-ci ilin yanvar-avqust ayları ərzində Qazaxıstandan 30,6 min ton buğda idxal edib.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Maliyyə Nazirliyinin Gömrük Nəzarəti Xidmətinin məlumatında bildirilib.

Qazaxıstan göstərilən dövr ərzində 1784,1 min ton buğda və buğda qatışığı, həmçinin çovdar ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 27,6% azdır.

Qazaxıstan avqust ayında 131 min ton buğda ixrac edib.

Həmçinin MDB ölkələrinə 1486,3 min ton buğda tədarük olunub ki, bunun da 30,6 min tonu Azərbaycanın, 254,2 min tonu Qırğızıstanın, 479,2 min tonu Tacikistanın, 722,1 min tonu isə Özbəkistanın payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi