Azərbaycan bu il tütün ixracını 2 dəfə artırıb

Azərbaycan bu il tütün ixracını 2 dəfə artırıb Eyni zamanda, idxal isə 76,9 mln. dollar və ya 59% azalıb
Biznes
18 İyun , 2016 14:19
Azərbaycan bu il tütün ixracını 2 dəfə artırıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 53 264,16 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilin ilk beş ayına nisbətən 76 917,71 min dollar və ya 59,09% (2,4 dəfə) azdır. Nəticədə, 2016-cı ilin qeyd edilən ayları ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,60%-ni təşkil edib.

Hesabat dövründə Azərbaycandan 4 763,10 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 2 259,64 min dollar yaxud 90,26% (təxminən 2 dəfə) çoxdur. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,16%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi