Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək

Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sayca beşinci iclası bu ilin 6-7 noyabr tarixlərində Sofiya şəhərində keçiriləcək.
Biznes
31 Oktyabr , 2018 16:14
Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək
0 : 00
0 : 00

Bakı. 31 oktyabr. REPORT.AZ/ Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sayca beşinci iclası bu ilin 6-7 noyabr tarixlərində Sofiya şəhərində keçiriləcək.

Bu barədə “Report”a Bolqarıstanın Energetika Nazirliyindən bildiriblər.

Həmsədrləri Bolqarıstanın energetika naziri Temenujka Petkova və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov olan komissiyanın iclasında enerji, kənd təsərrüfatı, nəqliyyat, əczaçılıq, qida sənayesi, İKT və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmçinin Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Bolqarıstan ərazisi ilə üçüncü ölkələrə nəqli məsələsi də gündəmdə olacaq.

İclasda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə Bolqarıstan Kənd Təsərrüfatı Akademiyası arasında sazişin, Sumqayıt Kimya Sənaye Parkı ilə Bolqarıstan Milli Sənaye Əraziləri Şirkəti arasında anlaşma memorandumunun da imzalanacağı gözlənilir. Bununla yanaşı, noyabrın 7-də komissiyanın iclası çərçivəsində ikitərəfli biznes forumu keçiriləcək.

Son xəbərlər

Orphus sistemi