Azərbaycan biznesmenləri "VIII Kazan Sammit 2016"ya dəvət olunub

Azərbaycan biznesmenləri "VIII Kazan Sammit 2016"ya dəvət olunub Tədbir mayın 19-21-də Kazan şəhərində keçiriləcək
Biznes
28 Aprel , 2016 14:27
Azərbaycan biznesmenləri VIII Kazan Sammit 2016ya dəvət olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Tatarıstanda “VIII Kazan Sammit 2016” adlı beynəlxalq tədbir keçiriləcək.

“Report” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (Azpromo) istinadən bildirir ki, tədbir mayın 19-21-də Kazan şəhərində baş tutacaq.

“Kazan Sammiti” Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında iqtisadi əlaqələrin inkişafı üçün mühüm sayılan tədbirlərdən biridir. Sammit Rusiya parlamenti və Tatarıstan prezidenti Rüstəm Minnixanovun dəstəyi ilə keçirilir.

Tatarıstanın Azərbaycandakı nümayəndəliyi Azərbaycan şirkətlərini tədbirdə iştiraka dəvət edir. Tədbir haqqında ətraflı məlumat əldə etmək istəyənlər "Azpromo"ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi