Bakı. 22 iyul. REPORT.AZ/ Azərbaycan biznes dairələrinin nümayəndələrindən ibarət heyət Şimali Kiprə səfər edəcək.
Məlumatlı mənbələrdən "Report"a verilən xəbərə görə, səfər iyulun 27-də baş tutacaq.
Səfər zamanı nümayəndə heyəti Şimali Kiprin rəsmi nümayəndələri və Ticarət-Sənaye Palatasının rəhbərliyi ilə görüş keçirəcək. Səfərin məqsədi Şimali Kipr və Azərbaycan arasında biznes əlaqələri qurmaqdır.
Səfər Azərbaycan və Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin vasitəçiliyi ilə təşkil olunacaq. Yaxın vaxtlarda səfərin proqramı müəyyənləşəcək.