Azərbaycan biznesin aparılması səviyyəsinə görə "Forbes" jurnalının siyahısında 70-ci yeri tutub

Azərbaycan biznesin aparılması səviyyəsinə görə "Forbes" jurnalının siyahısında 70-ci yeri tutub Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan Forbes jurnalının versiyasına görə, biznes aparmaq üçün dünyanın ən yaxşı ölkələri siyahısına (Best Countries for Business) daxil olub.
Biznes
21 Dekabr , 2018 11:31
Azərbaycan biznesin aparılması səviyyəsinə görə Forbes jurnalının siyahısında 70-ci yeri tutub
0 : 00
0 : 00

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan "Forbes" jurnalının versiyasına görə, biznes aparmaq üçün dünyanın ən yaxşı ölkələri siyahısına (Best Countries for Business) daxil olub.

"Report" xəbər verir ki, Azərbaycan reytinqdə 161 ölkə arasında 70-ci yeri tutub.

Siyahıya ardıcıl ikinci ildir Böyük Britaniya başçılıq edir. İlk beşlikdə həmçinin İsveç, Honkonq, Hollandiya və Yeni Zelandiya qərarlaşıb. ABŞ 17-ci yeri tutub.

MDB ölkələri arasında Gürcüstan 44-cü, Rusiya 55-ci, Qazaxıstan 65-ci, Ermənistan 81-ci, Belarus 88-ci, Özbəkistan 105-ci, Qırğızıstan 108-ci, Tacikistan 124-cü yerdə qərarlaşıb.

"Forbes" reytinqinə görə iş adamları üçün ən pis şərait Mərkəzi Afrika Respublikasında, Konqoda, Qvineya-Bisauda, Ekvatorial Qvineyada və Çaddadır.

"Forbes" ölkələri 15 müxtəlif amil - mülkiyyət hüquqlarının qorunması, korrupsiya səviyyəsi, vergilər, innovasiyalar, həyatın keyfiyyəti və s. üzrə qiymətləndirib.

Qiymətləndirmə zamanı Dünya Bankının, "Aon" və "Marsh & McLennan" şirkətlərinin, Dünya İqtisadi Forumunun, Birləşmiş Millətlər Təşkilatının və digər təşkilatların rədc olunmuş hesabatlarından istifadə edilib.

Son xəbərlər

Orphus sistemi