Azərbaycan Belarusda ticarət evi açacaq

Azərbaycan Belarusda ticarət evi açacaq İlham Əliyev: "Biz bu məsələdə belaruslardan geri qalırıq"
Biznes
29 Noyabr , 2016 00:31
Azərbaycan Belarusda ticarət evi açacaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan və Belarus bir-birinin ərazisində ticarət evləri açacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda belaruslu həmkarı Aleksandr Lukaşenko ilə keçirilən birgə mətbuat konfransında bildirib.

"Bu gün Azərbaycanın Belarusda, Belarusun isə Azərbaycanda ticarət evlərinin yaradılması barədə qərar qəbul olunub. Biz bu məsələdə Belarusdan geri qalırıq. Belə ki, Belarusun artıq Azərbaycanda ticarət nöqtələri, obyektləri var. Biz isə hələlik buna yeni hazırlaşırıq. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə mövqelərimizi bərabərləşdirəcəyik.

Biz münasibətlərimizin dəyərini bir daha geniş müzakirə etdik. Qərara gəldik ki, biz rəqib deyilik. Biz Belarusda olmayan meyvə-tərəvəzləri, digər kənd təsərrüfatı məhsullarını, Belarus isə bizim idxal etdiklərimizi istehsal edir. Buna görə razılaşdıq ki, nəzarəti məqsədyönlü şəkildə həyata keçirək və təəssüf ki, hələlik aşağı səviyyədə olan qarşılıqlı əmtəə dövriyyəsini gücləndirməyə rəvac verək.", - deyə prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi