Azərbaycan-Belarus işgüzar görüşü keçirilib

Azərbaycan-Belarus işgüzar görüşü keçirilib Bakı. 7 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçirilib.
Biznes
7 Fevral , 2019 19:07
Azərbaycan-Belarus işgüzar görüşü keçirilib

Bakı. 7 fevral. REPORT.AZ/ İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Belarus işgüzar görüşü keçirilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida, tekstil və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.

Görüşdə çıxış edən AZPROMO rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılması, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan-Belarus iqtisadi əlaqələri barədə məlumat verib, belaruslu iş adamlarını ölkəmizdə yaradılmış əlverişli biznes mühitdən yararlanmağa dəvət edib.

Belarus Respublikasının Qrodno şəhərinin icra komitəsinin sədri Meçislav Qoy çıxış edərək ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və iqtisadi əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib, əlaqələrin daha da genişlənməsi üçün potensialı vurğulayıb.

İşgüzar görüşdə Qrodno vilayətinə dair videoçarx nümayiş olunub.

Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Son xəbərlər

Orphus sistemi