Azərbaycan BƏƏ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Azərbaycan BƏƏ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşüb​
Biznes
10 Aprel , 2015 18:44
Azərbaycan BƏƏ arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

Bakı. 10 aprel. REPORT.AZ/ Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Salem Xalifa Mohamed Əl-Ğaflini qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi münasibətlərin inkişafından, iki ölkə arasında iqtisadi əməkdaşlıqdan danışıb, əlaqələrin inkişafı üçün görüləcək işlər müzakirə olunub. Şahin Mustafayev iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsində səfir Salem Xalifa Mohamed Əl-Ğaflini Azərbaycandakı fəaliyyətinin əhəmiyyətli olduğunu qeyd edib, gələcək fəaliyyətində səfirə uğurlar arzulayıb.

Səfir Salem Xalifa Mohamed Əl-Ğafli qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Son xəbərlər

Orphus sistemi