Yuxarı
    Bağlamaq

    Azərbaycan bazarını daha 2 Avropa şirkəti tərk edir

    Bunlardan biri Avstriya, digəri isə Polşa şirkətidir

    Bakı. 16 noyabr. REPORT.AZ/ Avstriyanın "Vamed Engineering GmbH." şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu elan edib. Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 168 ünvanına bildirə bilərlər.

    Bundan başqa, Polşaya məxsus "Ex Libris Polska" MMC-nin Azərbaycandakı filialı da ləğv olunduğunu elan edib. Bütün borclular və kreditorlar bu gündən etibarən 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti,3 ünvanına müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi