Yuxarı

Azərbaycan bazarında süni qiymət artımına nəzarət gücləndirilib

Nazirlik: Sui-istifadə hallarına yol verənlərə qarşı qanunvericiliyə uyğun tədbirlər görüləcək

Bakı. 22 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dünəndən etibarən Azərbaycanda məzənnə siyasətinin "üzən məzənnə" rejiminə keçirilməsi ilə əlaqədar nəzarəti gücləndirib.

“Report” Nazirliyə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə nəzarət tədbirləri gücləndirilib.

"Hazırda Xidmət istehlak bazarında baş verən dəyişiklikləri diqqətlə təhlil edir. Manatın məzənnəsinin dəyişməsindən sui-istifadə hallarına rast gəlindiyi təqdirdə, qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi