Yuxarı

​Azərbaycan avtomobil idxalını kəskin azaldıb

Bu ilin yanvarında minik avtomobillərinin ölkəyə idxalı 10 dəfə azalıb

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycana 437 ədəd avtomobil idxal olunub."Report"un Dövlət Gömrük Komitəsinmə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4 dəfə azalma deməkdir. Belə ki, ötən ilin yanvarında bu göstərici 4 090 ədəd təşkil edib.

Avtomobil idxalının 401 ədədi və ya 91,8%-i əsasən adamların daşınması üçün nəzərdə tutlmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrini payına düşüb. Ötən ilin eyni ayı ilə müqayisədə bu göstərici 9,7 dəfə azalaraq 3 870 ədəddən 401 ədədə enib.

Bundan başqa, hesabat ayında ölkəyə 26 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,6 dəfə azdır.

Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 66 ədəddən 5 ədədə qədər, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 8-dən 5-dək azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi