Yuxarı
    Bağlamaq

    Azərbaycan avtomobil idxalını 5 dəfədən çox azaldıb

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 820 avtomobil gətirilib

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 4 820 avtomobil idxal olunub. 

    "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 827 ədəd yaxud 81,21% (5,32 dəfə) azdır.

    Hesabat dövründə ölkəyə gətirilmiş avtomobillərin 4 194-nü və yaxud 87,01%-ni əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri təşkil edib. Son bir ildə bu növ avtomobillərin idxalı 5,42 dəfə azalıb.

    Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 10,04 dəfə azalaraq 80, yük avtomobillərinin idxalı 4,04 dəfə azalaraq 463, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 2,74 dəfə azalaraq 83 ədəd olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi