Yuxarı

Azərbaycan avtomobil idxalını 3 dəfə artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 169 ədəd avtomobil idxal edilib. 

"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur. 

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 3,4 dəfə artaraq 37-yə, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 4 707-yə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 397-yə, Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 5,6 dəfə artaraq 28-ə çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi