Yuxarı
    Bağlamaq

    Aİ ölkələri Azərbaycanın qeyri-neft sektoruna 3 mlrd. dollar investisiya qoyub

    Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib

    Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycanla Avropa Komissiyası arasında "Strateji tərəfdaşlıq haqqında saziş" hazırlanır. Artıq Avropa İttifaqı (Aİ) Avropa Komissiyasına danışıqlar aparmaq hüququ verib". 

    "Report" xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

    Onun sözlərinə görə, son 10 ildə Aİ ölkələrinin Azərbaycana yatırdığı investisiyalar ümumi investisiyaların 46%-ni təşkil edir: "Təkcə qeyri-neft sektoruna investisiyaların həcmi 3 mlrd. dollar civarındadır ki, bu da ümumi investisiya portfelinin 35%-i deməkdir".
    Nazir onu da deyib ki, "Şahdəniz" layihəsi üzrə işlər 93% yekunlaşıb: "Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə işlərin 72%-i, TANAP layihəsi üzrə 70%-dən çox, TAP layihəsi üzrə isə işlərin 42%-i yekunlaşıb".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi