Azərbaycan Avropa İttifaqı ölkələrinə ixracı 2 dəfə azaldıb

Azərbaycan Avropa İttifaqı ölkələrinə ixracı 2 dəfə azaldıb Avropa İttifaqı ölkələri arasında ümumi ticarət dövriyyəsi isə təxminən 3 dəfə azalıb
Biznes
23 May , 2016 11:47
Azərbaycan Avropa İttifaqı ölkələrinə ixracı 2 dəfə azaldıb

Bakı. 23 may. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi illik müqayisədə 42,06% azalaraq 2016-cı ilin yanvar-aprel ayları ərzində 2 064 214,72 min ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 49,51% azalaraq 1 336 882,05 min dollara, idxal isə 20,49% azalaraq 727 332,67 min dollara enib. Aİ ölkələri ilə ticarət dövriyyəsinin müsbət saldosu 2,8 dəfə azalaraq 609 549,38 min dollar olub.

Hesabata əsasən, ölkə üzrə cəmi ixracın 54,57%-i, idxalın isə 28,04%-i məhz Aİ ölkələrinin payına düşüb.

Hesabat dövründə İtaliyaya ixrac 52,07% azalaraq 443 474,20 min dollar, idxal isə 23,26% azalaraq 124 074,06 min dollar təşkil edib. Qeyd edək ki, Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında İtaliya 567 548,27 min dollar (məcmu xarici ticarət dövriyyəsinin 11,25%-i) göstəricisi ilə birincidir.

İtaliyanın ölkənin cəmi ixracında xüsusi çəkisi 18,10%, idxalda isə 4,78% (idxalda - 8-ci yer) təşkil edib.

Son xəbərlər

Orphus sistemi