Yuxarı

​Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 36% azalıb

Ölkə üzrə cəmi ixracın 59,67%-i, idxalın isə 31,18%-i Avropa İttifaqı ölkələrinin payına düşüb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı ölkələri arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4 mlrd. 908,3 mln. dollar və ya 35,6% azalaraq cari ilin yanvar-noyabr ayları ərzində 8 mlrd. 892,5 mln. dollar təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ixrac 42,7% azalaraq 6 mlrd. 336,8 mln. dollar, idxal 6,75% azalaraq 2 mlrd. 555,7 mln. dollar olub.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində Azərbaycan 162 ölkə ilə 18 mlrd. 815,4 mln. dollar həcmində ticarət əməliyyatı həyata keçirib. Bu da illik müqayisədə 34,73% azalma deməkdir. Ticarət əməliyyatlarının 8 mlrd. 196,2 mln. dollarını idxal, 10 mlrd. 619,2 mln. dollarını ixrac əməliyyatları təşkil edib. 

Beləliklə, hesabata əsasən, ölkə üzrə cəmi ixracın 59,67%-i, idxalın isə 31,18%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi