Azərbaycan Aİ ölkələri ilə ticarət dövriyyəsini 27% artırıb

Azərbaycan Aİ ölkələri ilə ticarət dövriyyəsini 27% artırıb Bu ilin yanvar-may aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ümumi dəyəri 5 818,36 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
Biznes
20 İyun , 2019 14:04
Azərbaycan Aİ ölkələri ilə ticarət dövriyyəsini 27% artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycan və Avropa İttifaqı (Aİ) ölkələri arasında ümumi dəyəri 5 818,36 milyon ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 224,583 milyon dollar və yaxud 26,6% çoxdur.

Bu ilin 5 ayında iki tərəf arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 40,3%-ə bərabər olub.

Bu ilin ilk beş ayında Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 4 820,978 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 164,005 milyon dollar və yaxud 31,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrindən idxalı isə 997,382 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 60,579 min dollar və yaxud 6,5% çoxdur.

Azərbaycanın Aİ ölkələri ixracdakı payı ümumi ixracın 56%-nə, idxaldakı payı isə ümumi idxalın 17,1%-nə bərabərdir.

Qeyd edəki, Azərbaycan və Aİ ölkələri arasında ticarətdə əsas tərəfdaş İtaliyadır. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan və İtaliya arasında ümumi dəyəri 2 711,994 mln ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib. Bu isə ötən ilin yanvar-may ayları ilə müqayisədə 931,2 min dollar və yaxud 52,3% çoxdur.

Bu ilin 5 ayında iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 18,8%-ə bərabər olub.

Bu ilin ilk beş ayında Azərbaycanın İtaliyaya ixracının dəyəri 2 556,722 milyon dollar təşkil edib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 905,246 milyon dollar və yaxud 54,8% çoxdur.

Hesabat dövründə Azərbaycanın İtaliyadan idxalı isə 155,272 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 25,954 min dollar və yaxud 20% çoxdur.

Azərbaycanın İtaliyaya ixracdakı payı ümumi ixracın 29,7%-nə, idxaldakı payı isə ümumi idxalın 2,7%-nə bərabərdir.

Son xəbərlər

Orphus sistemi