Yuxarı
    Bağlamaq

    Azərbaycan-Aİ biznes-forumuna maraq artıb

    Dinlə
    © Report/ Elshan Baba — Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas

    Bakı. 23 may. REPORT.AZ/ İyunun 5-də Bakıda keçiriləcək Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes-forumunda iştirak edəcək şirkətlərin sayı ötən illə müqayisədə çox olacaq. 

    "Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib.

    Onun sözlərinə görə, 2017-ci ildə keçirilmiş eyni tədbirdə 400 şirkət iştirak edib. Bu il isə 500-dən çox şirkət artıq iştirakını təsdiqləyib. 

    "Bu il xüsusilə Azərbaycanda fəaliyyət göstərən Aİ ölkələrinə məxsus şirkətlərin sayı çoxalıb. Biznes-forumda iştirak üçün qeydiyyat hələ başa çatmayıb. İştirakçıların sayı arta bilər", - deyə o qeyd edib. 

    Qeyd edək ki, tədbirdə iqtisadiyyatın şaxələndirilməsi və bunun üçün həyata keçirilən iqtisadi islahatlar əsas müzakirə mövzularından biri olacaq. Biznes-forum, əsasən, 4 sahəyə fokuslanacaq: kənd təsərrüfatı və ərzaq; tikinti və avadanlıqlar; nəqliyyat və logistika; informasiya texnologiyaları.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi