2019-cu il ərzində Azərbaycan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında ümumi dəyəri 791 884,9 min ABŞ dolları olan ticarət dövriyyəsi həyata keçirilib.
“Report”un
2019-cu il ərzində iki ölkə arasında həyata keçirilən ticarət dövriyyəsinin payı ümumi xarici ticarətin 2,38%-ə bərabər olub.
Hesabat dövründə Azərbaycanın ABŞ-a ixracının həcmi 24 126,59 min dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 307 332,07 min dollar və ya 13,74 dəfə azdır.
2019-cu il ərzində Azərbaycanın ABŞ-dan idxalı isə 767 758,31 dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 240 589,42 min dollar və ya 45,63% çoxdur.
Ötən il ərzində Azərbaycanın ABŞ ilə ixracdakı payı ümumi ixracın 0,12%-nə, idxaldakı payı isə ümumi idxalın 5,62%-nə bərabərdir.