Rüfət Məmmədov: "Nur-Sultanda Azərbaycan Ticarət Evi payızda açılacaq"

Rüfət Məmmədov: "Nur-Sultanda Azərbaycan Ticarət Evi payızda açılacaq" Bu ilin payızında Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq.
Biznes
13 İyun , 2019 13:51
Rüfət Məmmədov: Nur-Sultanda Azərbaycan Ticarət Evi payızda  açılacaq

"Bu ilin payızında Azərbaycan Qazaxıstanda Ticarət Evi açacaq".

Bunu "Report" a İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib. 

Onun sözlərinə görə, Ticarət Evi Qazaxıstanın Nur-Sultan şəhərində açılacaq.

Nazir müavini bildirib ki, hazırda ticarət evlərin açılması ilə bağlı danışıqlar davam edir: "Çinin müxtəlif bölgələrində və Ər-Riyadda açılması nəzərdə tutulur. Çalışırıq ki, ticarət evlərin açılışı bu il ərzində baş tutsun, lakin proses bu ilin sonuna yaxud da növbəti ilədək çəkə bilər".

Xatırladaq ki, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 7 ölkədə - Belarus, Latviya, Polşa, Rusiya, Çin (Lucou şəhərində), BƏƏ və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb.

Son xəbərlər

Orphus sistemi