Yuxarı

Azərbaycan 100-dək şəxsin ölkədən çıxmasını yasaqlayıb

Aprelin 1-nə qədər borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb

Bakı. 8 aprel. REPORT.AZ/ Vergilər Nazirliyi dövlət büdcəsinə olan vergi borclarını ödəməkdən yayınmağa çalışan vergi ödəyicilərinin bəzilərinin ölkədən çıxmasını məhdudlaşdırıb. Bu barədə "Report"a Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, bu ilin aprelin 1-nə qədər borclu vergi ödəyicilərinin ölkədən getmə hüququ müvafiq məhkəmə qərarlarına əsasən müvəqqəti olaraq məhdudlaşdırılıb.

Qurum bunu “İcra haqqında” qanunun 84.1.1-ci maddəsinə və Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən həyata keçirildiyini açıqlayıb.

Qeyd edək ki, yeni siyahıya 98 nəfərin adı daxil edilib. Bunların əksəriyyəti Azərbaycan vətəndaşları olsa da, onların arasında İran və Türkiyə vətəndaşları da var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi