"Azər-Maya"nın rəhbərliyi yenidən formalaşdırılacaq

"Azər-Maya"nın rəhbərliyi yenidən formalaşdırılacaq ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb
Biznes
29 Sentyabr , 2016 09:21
Azər-Mayanın rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 29 sentyabr. REPORT.AZ/ Noyabrın 15-də, saat 10:00-da "Azər-Maya" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəriomanov rayonu, Dərnəgül qəsəbəsi, Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında baş tutacaq.

Toplantının gündəliyinə müəssisənin nizamnaməsinə edilən dəyişiklik layihəsinin təsdiq olunması, dövlət qeydiyyatına alınması və səlahiyyətli şəxsin müəyyənləşdirilməsi, direktorun yenidən təyin edilməsi, Müşahidə Şurasının formalaşdırılması daxildir. 

Son xəbərlər

Orphus sistemi