Yuxarı

​Azərbaycanlı sahibkarlar Gürcüstanda Beynəlxalq İnvestisiya Forumuna dəvət edilib

Beynəlxalq İnvestisiya Forumu sentyabrın 29-30-da Tbilisi şəhərində baş tutacaq

Bakı. 5 sentyabr. REPORT.AZ / Gürcüstanda Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.

Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən "Report"a verilən məlumata görə, Beynəlxalq İnvestisiya Forumu sentyabrın 29-30-da Tbilisi şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvət olunur.

Forumda iştirak etmək istəyən azərbaycanlı sahibkarlar və iş adamları İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi