Yuxarı

​Azərbaycanda www.icazeler.gov.az portalının xidmətlərindən istifadə edənlərin sayı 300 minə çatıb

Sentyabrda isə bu saytdan istifadə edənlərin sayı 8 mindən çox olub

Bakı. 10 oktyabr.REPORT.AZ/ Azərbaycanda icazəverici sənədlər və onların alınması proseduraları barədə ölkə vətəndaşları, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmışwww.icazeler.gov.az portalının xidmətlərindən sentyabr ayında 8 mindən çox, indiyədək isə 298 mindən artıq internet istifadəçisi yararlanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, sentyabrda portalın xidmətlərindən yerli istifadəçilərlə yanaşı xarici ölkələrdən, o cümlədən Rusiya, ABŞ, Türkiyə, Norveç və Böyük Britaniyadan olan istifadəçilər də yararlanıb.

Qeyd edək ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri icazələrin elektron informasiya portalında yerləşdirilir. İndiyədək 18 dövlət qurumunun 140 qanunvericilik aktlarının layihəsi ictimai müzakirə üçün icazələrin elektron informasiya portalında yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi