Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda bu il pərakəndə ticarət dövriyyəsi 9% artıb

    İstehlak mallarının yarısını qida məhsulları, içki və tütün məmulatları təşkil edib

    Bakı. 10 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət subyektlərində istehlakçılara 15,5 mlrd. manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox əmtəə satılıb. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

    İstehlak mallarının 50,1%-ni qida məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,5 faiz bəndi artıb.

    Qeyd edək ki, hesabat dövründə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-sentyabr aylarına nisbətən 2,4 dəfə artaraq 4,4 mln. manat təşkil edib. Elektron ticarət dövriyyəsinin 94,9%-i qeyri-ərzaq mallarının payına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi