Yuxarı
    Bağlamaq

    ​Azərbaycan yeni "Doing Business" hesabatında bəzi mövqelərini yaxşılaşdırıb

    Bunula yanaşı, Azərbaycan tikintiyə icazənin alınması üzrə 150-ci, elektrik enerjisinə çıxış üzrə 159-cu, xarici ticarət üzrə isə 166-cı yerdədir

    Bakı. 29 oktyabr. REPORT.AZ/. Dünya Bankı (DB) tərəfindən hazırlanan yeni, "Doing Business-2015" hesabatında Azərbaycan 189 ölkə arasında 80-ci yeri tutub. “Report”un xəbər verdiyi kimi, ötən illə müqayisədə Azərbaycan bu siyahıda 10 pillə geriləyib.

    Hesabatda göstərilir ki, Azərbaycan 2013-2014-cü ildə üç istiqamətdə islahatları davam etdirib. Bunların sırasında biznesin başlanması və qeydiyyata alınması, daşınmaz əmlakın qeydiyyata alınması sisteminin təkmilləşdirilməsi və vergilərin ödənilməsi prosedurasının elektron sistemə keçirilməsi hesabına sadələşdirilməsidir.

    Nəticədə, bu istiqamətlər üzrə Azərbaycan yüksək yerlər tutub. Belə ki, biznesin açılması üzrə Azərbaycan 12-ci, əmlakın qeydiyyata alınması üzrə 10-cu, vergilərin ödənilməsi üzrə 33-cü yerdədir. Bununla yanaşı, tikinti üçün icazənin alınması üzrə 150-ci, elektrik enerjisinə çıxış üzrə 159-cu, kreditlərin alınması üzrə 104-cü, minoritar investorların hüquqlarının müdafiəsi üzrə 51-ci, xarici ticarət üzrə 166-cı, sazişlərin icrası üzrə 31-ci və müflisləşməyə dair qərarların qəbulu üzrə Azərbaycan 94-cü yeri tutub.

    Qeyd edək ki, renkinqə başçılıq edən ölkələrin siyahısında, demək olar ki, dəyişiklik yoxdur. Belə ki, renkinqin ilk onluğuna Sinqapur (2014-cü ildə 1-ci), Yeni Zelandiya (3), Honkonq (2), Danimarka (5), Koreya (7), Norveç (9), ABŞ (4), Böyük Britaniya (10), Finlandiya (12) və Avstraliya (11) daxildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi