Yuxarı
    Bağlamaq

    ​Azərbaycan rəqabətlilik indeksinə görə MDB lideridir

    Dünya miqyasında isə Qlobal Rəqabətlilik İndeksinə görə Azərbaycan 38-ci yerdədir

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Son 10 ildə Azərbaycan rəqabətlilik indeksinə görə MDB məkanında 1-ci, dünya üzrə isə 38-ci yerdədir. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Fransanın İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyinin maliyyə və iqtisadi məsələlər üzrə nazir müşaviri Daniyel Metrin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

    AMB-nin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüşdə həmçinin monetar siyasət, bank sektorunun inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

    Bundan əlavə son 10 ildə Azərbaycan iqtisadiyyatının davamlı artımı, müşahidə olunan aşağı inflyasiya dərəcəsi, xarici borcun birrəqəmli olması, eləcə də Qlobal Rəqabətlilik İndeksində ölkənin MDB məkanında 1-ci, dünya üzrə isə 38-ci yer alması görüş iştirakçılarının diqqətinə çatdırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi