Yuxarı

Azərbaycan internet üzərindən idxalı məhdudlaşdırır

Dövlət Gömrük Komitəsinin sədri ​Aydın Əliyev: Güzəştin azaldılması nəzərdə tutulur

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycanda elektron ticarət sahəsində güzəştli idxalın maksimal məbləğinin hazırki 1 000 ABŞ dolları səviyyəsindən aşağı salınması məsələsi Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən aidiyyəti qurumlarla müzakirə olunur. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DGK sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, 1 000 dollarlıq güzəşt yalnız şəxsi istifadə üçün ölkəyə gətirilən məhsullara şamil edilir: "Hazırda müxtəlif adlara və müxtəlif ünvanlara guya şəxsi istifadə üçün məhsullar alınır. Bu, hazırda dünya gömrük orqanları qarşısında duran bir məsələdir. Elektron ticarəti bütün dünyaya problem yaradır". 

"Buna görə də müzakirələr gedir və həmin güzəştin azaldılması nəzərdə tutulur. Dəqiq deyə bilmərəm, bu rəqəm 150 dollar olacaq ya yox, amma tezliklə qərar qəbul ediləcək", - deyə Komitə sədri vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi