Aydın Əliyev: "Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyulan ölkəyə çevrilir"

Aydın Əliyev: "Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyulan ölkəyə çevrilir" "Biz, ilk növbədə, Tükiyə iş adamlarının Azərbaycana daha çox sərmayə qoymalarını istəyərdik"
Biznes
18 İyul , 2017 18:43
Aydın Əliyev: Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyulan ölkəyə çevrilir
DGK sabiq sədri Aydın Əliyev / Report

Bakı. 18 iyul. REPORT.AZ/ "İndi Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyulan ölkəyə çevrilir."

"Report"un məlumatına görə, bunu Türkiyə gömrük və ticarət naziri Bülənt Tüfənkçi ilə keçirilən brifinqdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

Ölkədə qanunvericiliyində həyata keçirilən islahatlardan danışan A.Əliyev deyib ki, bu islahatlar Türkiyə ilə iqtisadi əlaqələri daha yüksək səviyyəyə qaldırmağa imkan verib: "Biz, ilk növbədə, Tükiyə iş adamlarının Azərbaycana daha çox sərmayə qoymalarını istəyərdik".

O, həmçinin Türkiyə ilə birgə istehsalatın yaradılmasının və istehsal olunan malların satışının vacibliyindən danışıb: "Azərbaycanda istehsal olunan mallara MDB-də böyük tələbat var və bəzi hallarda vergidən azaddır".

DQK sədri iki tərəf arasında mövcud problemlərə də toxunub, işlərin düzgün qurulmasını və icra olunmasını xahiş edib.

Sonda A.Əliyev iqtisadiyyat sahəsində olan statistik məlumatların dinamik artımı xarakter daşıyacağını söyləyib: "Ümid edirəm ki, bu artım yalnız ticarətə deyil, eyni zamanda qarşılıqlı sərmayələr sayəsində müşahidə olunacaq". 

Son xəbərlər

Orphus sistemi