Yuxarı

“Avtolüks Azərbaycan” Bakıda yeni və müasir FCA Satış və Servis Mərkəzi açır

​“Avtolüks Azərbaycan” Bakıda FCA Satış və Servis Mərkəzi açır

Jeep, Dodge, Alfa Romeo, Abarth, Fiat, Fiat Professional və Chrysler avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan “Avtolüks Azərbaycan” MMC Bakıda yerli müştərilərə satış, texniki xidmət və satışsonrası xidmətlər göstərməyə hazır olan qlobal korporativ standartlar əsasında inşa edilmiş yeni FCA Satış və Servis Mərkəzinin açılışı ilə ölkədə olan fəaliyyətini genişləndirməyə davam edir. Bakı şəhəri, Ü.Hacıbəyli 57C ünvanında fəaliyyət göstərən Satış və Servis Mərkəzinin davamınca, paytaxtın Aşıq Molla Cümə 42B ünvanında Şirkətin yeni Satış və Servis Mərkəzi fəaliyyətə başlamışdır.

Xidmət mərkəzinə FCA şirkətinin qlobal korporativ standartları əsasında inşa edilmiş 2830 kv.metr əraziyə malik 2 mərtəbəli satış salonları və 2344 kv.metr sahəsi olan rəsmi istehsalçının tövsiyə etdiyi müasir qurğularla və proqram təminatı ilə təchiz edilmiş servis mərkəzi daxildir. Mərkəzin ümumi sahəsi 5174 kv.metr təşkil edir.

Azərbaycanın avtomobil seqmentinin nüfuzlu və etibarlı nümayəndəsi olan “Avtolüks Azərbaycan” xidmət standartlarına sadiq qalaraq yeni mərkəzdə də müştərilərinə 3 S prinsipi üzrə (Sales, Service, Spare Parts) "Jeep", “Dodge”, “Alfa Romeo”, “Fiat” və “Fiat Professional” markalarının müxtəlif modellərinin satışı, həmçinin texniki xidməti, ehtiyat hissələri və aksessuarların satışı üzrə yüksək səviyyəli xidmət göstərir.

Mərkəzdə avtomobillərin satışı bazar ertəsi – şənbə günləri, saat 10:00-dan 19:00-ə kimi, bazar günü isə 10:00-dan 16:00-a qədər, satış sonrası xidmətlər və ehtiyat hissələrinin satışı isə bazar ertəsi – şənbə günləri, saat 09:00-dan 18:00-a kimi həyata keçiriləcək.

“Avtolüks Azərbaycan” MMC dünyanın ən məşhur avtomobillərini Azərbaycan istehlakçısına təqdim etmək üçün 2012-ci ildə təsis edilmişdi. Şirkət ilk öncə milyonların arzusu olan Ferrari brendini Bakı sakinlərinə təqdim etməklə fəaliyyətə başlamışdır. “Avtolüks Azərbaycan”ın ikinci uğuru daha bir İtalyan nəhəngi olan Lamborghini və Collezione Automobili Lamborghini avtomobil brendlərinin Azərbaycanda rəsmi dileri olmasıdır. Brend portfelinə Aston Martin brendini də daxil edən Avtolüks Azərbaycan 2017-ci ildə “FCA Group”a aid olan Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep avtomobillərinin də rəsmi təmsilçisinə çevrilmişdir. 2019-cu ilin mart ayından etibarən şirkət məşhur “Jaguar” və “Land Rover” markalarının Azərbaycanda rəsmi nümayəndəsidir. 150-dən artıq əməkdaşı olan şirkətin bütün usta heyəti ən yüksək brend standartlarına müvafiq olaraq təlim keçir və ən son yeniliklərlə tanış olmaq üçün mütəmadi olaraq istehsalçının təlim proqramlarına və istehsal obyektlərinə ezam olunur. Avtolüks Azərbaycan brend siyahısını daim genişləndirməkdə və xidmət keyfiyyətini bir nömrəli prioritet olaraq saxlamaqda qərarlıdır.

Hər hansı əlavə məlumat almaq üçün (+994 12) 983 nömrəsinə zəng edə və ya www.autolux-azerbaijan.com internet saytına nəzər sala bilərsiniz. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi