Avstriya prezidenti: "Azərbaycanla ticarət dövriyyəsi son 10 il ərzində 10 dəfə artıb"

Avstriya prezidenti: "Azərbaycanla ticarət dövriyyəsi son 10 il ərzində 10 dəfə artıb" "Avstriya və Azərbaycanı bir-birinə formalaşmış güclü münasibətlər bağlayır"
Biznes
26 May , 2016 12:33
Avstriya prezidenti: Azərbaycanla ticarət dövriyyəsi son 10 il ərzində 10 dəfə artıb

Bakı. 26 may. REPORT.AZ/ "Avstriya və Azərbaycanı bir-birinə formalaşmış güclü münasibətlər bağlayır. İki ölkə arasında ticarət dövriyyəsi son 10 il ərzində təxminən 10 dəfə artıb".

"Report" xəbər verir ki, bunu Avstriya prezidenti Haynts Fişer "The Business Year" jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 2015-ci ildə Avstriya Azərbaycanın ən əhəmiyyətli beşinci idxal tərəfdaşı olub.

Prezident 2010-cu ildə Avstriya Federal İqtisadiyyat Palatasının ikitərəfli ticarət əlaqələrinin inkişafı və genişləndirilməsini təşviq etmək məqsədilə Bakıda ofis açdığını xatırladıb.

"Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının təkmilləşdirilməsi və şaxələndirilməsi arzusunu dilə gətirib. Avstriya bu istiqamətdə Azərbaycanla birgə işləməyə hazırdır", - deyə H.Fişer bildirib. Onun sözlərinə görə, Avstriya şirkətləri planlaşdırma, memarlıq və tikinti biznesi ilə məşğul olur, eləcə də ölkələrimiz neft və qaz avadanlıqları təchizatı, əczaçılıq sektoru, təhsil sahəsində əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi