Avstraliyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Avstraliyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək Səfər bu il oktyabrın 17-dən 21-dək planlaşdırılır
Biznes
1 Avqust , 2017 13:09
Avstraliyalı iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək
Report.az

Bakı. 1 avqust. REPORT.AZ/ Avstraliyalı biznesmenlərdən ibarət nümayəndə heyəti Bakını ziyarət edəcək.

Azərbaycanın Avstraliyadakı Fəxri konsulluğundan "Report"a verilən məlumata görə, səfər bu il oktyabrın 17-dən 21-dək planlaşdırılır.

Hazırda proqramın və səfər iştirakçılarını müəyyən edilməsi üzrə hazırlıq işləri aparılır. Azərbaycana səfər zamanı avstraliyalı iş adamları Azərbaycanın iqtisadi imkanları, investisiya qoyuluşunun üstünlükləri və ölkənin sənaye müəssisələri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Son xəbərlər

Orphus sistemi