Avropalı nazirlər koronavirus məsələsində razılığa gələ bilmədi

Avropalı nazirlər koronavirus məsələsində razılığa gələ bilmədi Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirlərinin ötən gün keçirilmiş görüşündə koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb.
Biznes
8 Aprel , 2020 14:34
Avropalı nazirlər koronavirus məsələsində razılığa gələ bilmədi

Avropa İttifaqına üzv ölkələrin maliyyə nazirlərinin ötən gün keçirilmiş görüşündə koronavirus pandemiyasının iqtisadiyyata mənfi təsirlərini azaltmaq üçün dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunmayıb. 

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa qrupunun sədri Mario Centono bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar sabaha təxirə salınıb: “Biz 16 saatlıq müzakirədən sonra ümumi razılığa gəlməyə yaxın idik, amma razılıq əldə olunmadı. Onlar koronavirus pandemiyasına görə iqtisadiyyatlarının bərpası üçün yarım trilyon avro dəyərində olan proqramla bağlı razılığa gəlməyə ümid edirlər".

Digər bir mənbə isə avrozonada koronavirus pandemiyasından əziyyət çəkən dövlətlərə yarım trilyon avro kreditin verilməsi ilə bağlı məsələdə İtaliya ilə Niderland arasında çəkişmənin olduğunu iddia edib. 

Son xəbərlər

Orphus sistemi