Avropa şirkətləri İrana satmaq istədikləri təyyarələrə yeni müştəri axtarırlar

Avropa şirkətləri İrana satmaq istədikləri təyyarələrə yeni müştəri axtarırlar Bakı. 10 sentyabr. REPORT.AZ/ Təyyarə istehsalı ilə məşğul olan İtaliyanın Leonardo və Fransanın Airbus şirkətləri İranın sifariş etdiyi, lakin sanksiyalar ucbatından ala bilməyəcəyi təyyarələr üçün yeni müştəri axtarırlar.
Biznes
10 Sentyabr , 2018 15:10
Avropa şirkətləri İrana satmaq istədikləri təyyarələrə yeni müştəri axtarırlar
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Təyyarə istehsalı ilə məşğul olan İtaliyanın "Leonardo" və Fransanın "Airbus" şirkətləri İranın sifariş etdiyi, lakin sanksiyalar ucbatından ala bilməyəcəyi təyyarələr üçün yeni müştəri axtarırlar.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Leonardo"nun baş direktoru Alessandro Profimo bildirib.

Onun sözlərinə görə, fransızlarla birgə istehsal olunan ATR 72-600 markalı 18 təyyarənin çatdırılması ilə bağlı müqavilə 2016-cı ildə imzalanıb. Müqavilənin dəyəri 1 mlrd. ABŞ dolları olub. İran 18 təyyarədən 12-ni artıq əldə edib, qalan 6 təyyarə üçün isə yeni müştərilər lazımdır. 

Baş direktor ilin sonuna qədər təyyarələrin satılacağına əminliyini ifadə edib.

Son xəbərlər

Orphus sistemi