Avropa Komissiyası elektronika sahəsindəki 4 aparıcı şirkəti cərimələyib

Avropa Komissiyası elektronika sahəsindəki 4 aparıcı şirkəti cərimələyib Bakı. 24 iyul. REPORT.AZ/ Avropa Komissiyası elektronika istehsalçısı olan 4 şirkəti - Asus, Denon Marantz, Philips və Pioneer şirkətlərini Avropa İttifaqının antiinhisarçılıq qanunvericiliyinə zidd olaraq tərəfdaş internet mağazalarında minimum pərakəndə qiymətlər təyin etdiklərinə görə cərimələyib.
Biznes
24 İyul , 2018 17:45
Avropa Komissiyası elektronika sahəsindəki 4 aparıcı şirkəti cərimələyib
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Avropa Komissiyası elektronika istehsalçısı olan 4 şirkəti - "Asus", "Denon & Marantz", "Philips" və "Pioneer" şirkətlərini Avropa İttifaqının antiinhisarçılıq qanunvericiliyinə zidd olaraq tərəfdaş internet mağazalarında minimum pərakəndə qiymətlər təyin etdiklərinə görə cərimələyib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Avropa Komissiyasının press-relizində cərimənin ümumi məbləğinin 111 milyon avrodan çox olduğu vurğulanıb.

"Bu dörd şirkətin atdığı addımlar nəticəsində milyonlarla avropalı istehlakçı mətbəx texnikası, fenlər, noutbuklar, qulaqcıqlar və digər məhsullar üçün daha yüksək qiymətlər ödəyiblər", - Avropa Komissiyasının rəqabət məsələləri üzrə üzvü Marqrete Vestager bildirib.

Son xəbərlər

Orphus sistemi