Avropa İttifaqının Şərq Qonşuluğu üzrə direktoru: "Şəffaflığın təmin edilməsi istiqamətində irəliləyiş var"

Avropa İttifaqının Şərq Qonşuluğu üzrə direktoru: "Şəffaflığın təmin edilməsi istiqamətində irəliləyiş var" Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanda çox əhəmiyyətli nailiyyətlər əldə edilib.
Biznes
5 İyun , 2018 13:04
Avropa İttifaqının Şərq Qonşuluğu üzrə direktoru: Şəffaflığın təmin edilməsi istiqamətində irəliləyiş var
0 : 00
0 : 00

Bakı. 5 iyun. REPORT.AZ/ Azərbaycanda çox əhəmiyyətli nailiyyətlər əldə edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan - Avropa İttifaqı biznes forumunda Avropa İttifaqının Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit bildirib.

Onun sözlərinə görə, ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün agentliyin yaradılması düzgün qərardır: "Bundan başqa, Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını təqdir edirəm. İnvestisiya sahəsində müsbət tendensiya görürürük. Şəffaflığın təmin edilməsi istiqamətində irəliləyiş var. Bu sahədə islahatlar davam etməlidir. Kiçik və orta sahibkarlığın inkişafı uyğunlaşdırılmaldır, yəni maliyyə imkanlarına giriş asan olmalıdır".

Aİ rəsmisi sonda insan kapitalına investisiya qoyuluşunun vacibliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi