Avropa İttifaqının Azərbaycanda sahibkarlığı dəstəkləyən layihəsinin ikinci hissəsi başlayır

Avropa İttifaqının Azərbaycanda sahibkarlığı dəstəkləyən layihəsinin ikinci hissəsi başlayır Qeyd edək ki, bu təcrübə proqramı 2016-cı ilin avqustundan başlayıb
Biznes
19 May , 2017 10:05
Avropa İttifaqının Azərbaycanda sahibkarlığı dəstəkləyən layihəsinin ikinci hissəsi başlayır

Bakı. 19 may. REPORT.AZ/ “The East Invest-2” layihəsi çərçivəsində Azərbaycandan olan biznes təşkilatlarının nümayəndələri treninq keçmək üçün Avropaya səfər edəcəklər. “Report”un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təlimlərdə Azərbaycanla yanaşı Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna nümayəndələri iştirak edəcəklər.

Məlumatda deyilir ki, maliyyə palatalarının üzvləri, federasiyaların, biznes və peşəkar assosiasiyaların əməkdaşları, həmçinin ticarətin asanlaşması və investisiyaların təbliği ilə məşğul olan aktiv təşkilatlar iyunun 15-nə qədər iştirak üçün müraciət edə bilər.

Qeyd edək ki, bu təcrübə proqramı 2016-cı ilin avqustundan başlayıb və Şərq Tərəfdaşlığı (EaP) ölkələrinin 6 üzvü artıq Avropada təlim keçib, həmçinin 3 təlim missiyası EaP ölkələrinə səfər edib.

Xatırladaq ki, “The East Invest-2” Şərqi Qonşuluq (Eastern Neighbourhood) regionunda regional investisiya və iqtisadi inkişaf üçün ticarətin sadələşdirilməsi layihəsidir. Bu layihə Avropa İttifaqının (EU) Şərq Tərəfdaşlığı təşəbbüsləri çərçivəsində fəaliyyətə başlayıb. Layihənin əsas hədəfi 6 EaP ölkəsində kiçik və orta sahibkarlığı (SME) dəstəkləməkdir.

Son xəbərlər

Orphus sistemi